AR-də 100 kq-dan çox narkomaddə aşkar edilib
Yan 16, 2018 12:49 Asia/Baku
-
AR-də 100 kq-dan çox narkomaddə aşkar edilib
Ötən on beş gün ərzində Azərbaycan Respublikasında yüz kiloqramdan çox uyuşdurucu maddələr aşkarlanıb.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, narkotik maddələrin aşkarlanması üzrə əməliyyat nəticəsində yüz kiloqramdan çox uyuşdurucu maddə, o cümlədən on altı kilodan çox heroin, otuz iki kiloqrama yaxın tiryək və əlli üç kiloqram digər narkotik maddə növü aşkarlanaraq, istehlak dairəsindən çıxarılıbdır.
Bu müddətdə həmçinin iki min ədəd metadon həbi, iki yüz on ədəd proqablin həbi, həmçinin digər müxtəlif uyuşdurucu kapsula və maddə aşkarlanaraq, müsadirə edilibdir.