İran və Azərbaycan arasında mədəni mübadilələrə təkid edilib
Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu deyib: Azərbaycan Respublikası dost və qardaş ölkə olan İran İslam Respublikası xüsusiylə şərqi Azərbaycan ostanı ilə elmi, texniki, iqtisadi, mədəni və turizm sahələrində hərhansı əməkdaşlıqlara hazırdır.
İRNA-nın verdiyi məlumata görə, Əliyənnağı Hüseynov dünən Təbrizdə şərqi Azərbaycan icra başçısının siyasi-təhlükəsizlik üzrə müavini Rəhim Şöhrətifər ilə görüşündə Azərbaycan Respublikasının Təbriz-2018 tədbirlərində əməkdaşlıq etməyə hazır olduğunu bildirərək deyib: Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası da 2018-ci ildə islam dünyasının mədəniyyət paytaxtı seçilib və iki tərəf bu sahədə əməkdaşlıqlar apara bilərlər.
Görüşdə iranlı rəsmi də Təbriz-2018 tədbirlərinin İran ilə Azərbaycan Respublikası arasında əlaqələrin inkişafı üçün fürsət yaratdığını bildirib.
Şöhrətifər Azərbaycan Respublikasının turizm şirkətlərini Təbriz şəhərinə turist səfərləri təşkil etməyə çağırıb.