Azərbaycan Rusiyadan yeni müasir hərbi təchizatlar alıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i292921-azərbaycan_rusiyadan_yeni_müasir_hərbi_təchizatlar_alıb
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Rusiyadan alınan müasir hərbi təchizatlar yükünün ölkəyə gətirilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 20, 2018 12:23 Asia/Baku
  • Azərbaycan Rusiyadan yeni müasir hərbi təchizatlar alıb
    Azərbaycan Rusiyadan yeni müasir hərbi təchizatlar alıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Rusiyadan alınan müasir hərbi təchizatlar yükünün ölkəyə gətirilməsindən xəbər verib.

Azərbaycanın Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Rusiya istehsalı olan təchizatlar müasir silahlar və hərbi təchizatlardan ibarətdir. Bu silahlar və hərbi təchizatlar iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq anlaşması əsasında Azərbaycana verilib.

Bu məlumata görə, Azərbaycana verilən hərbi təchizatlar dünən dəniz yolu və gəmi ilə Bakıya daxil olub. Bu hərbi təchizatlar tezliklə cəbhə xəttinə köçürüləcəklər.

Məlumatda həmçinin deyib: Bu hərbi təchizatlar yüksək hərbi-döyüş qabiliyyətlərinə malikdir və onlardan dağlıq ərazilərdə istifadə etmək mümkündür və 2016-cı il aprel döyüşlərində uğurla sınaqdan keçiriliblər.