Bakıda İranın futzal yığmasının məşqləri başlanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i293231-bakıda_İranın_futzal_yığmasının_məşqləri_başlanıb
İran İslam Respublikasının milli futzal komandası dünən axşam Bakıda texniki heyətin nəzarəti ilə bir məşq keçirərək, özünün üçgünlük məşqlərinə başlayıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 23, 2018 12:53 Asia/Baku
  • Bakıda İranın futzal yığmasının məşqləri başlanıb
    Bakıda İranın futzal yığmasının məşqləri başlanıb

İran İslam Respublikasının milli futzal komandası dünən axşam Bakıda texniki heyətin nəzarəti ilə bir məşq keçirərək, özünün üçgünlük məşqlərinə başlayıbdır.

İran İslam Respublikasının milli futzal komandası bu məşqlərin davamında bu gün və sabah Bakı vaxtı ilə saat 21-də iki yoldaşlıq görüşü keçirəcək.

İranın milli futzal komandasının baş məşqçisi Seyid Mohəmməd Nazim Əlşəriət Sloveniyanın Bakıdakı məşqlərinin ləğv olunmasının ardınca keçirilən bu mərasimin təşkil olunmasının xas şəraitinə toxunaraq, deyib: İran İslam Respublikasının milli futzal komandası yaxşı komandadır və biz bu məşqlərdə Asiya xalqlarının kuboku üçün məşqlər keçirməklə yanaşı, komandanın üzvlərini də seçəcəyik.

2018-ci il Asiya xalqlarının kuboku üzrə futzal yarışları Tayvanın ev sahibliyi və on altı komandanın dörd qrupda iştirakı ilə fevralın birindən on birinədək keçiriləcək.