Şeyx Sərdar Hacı Həsənli Babayevin işinə baxılacaq
https://azeri.sahartv.ir/news/azərbaycan-i293243-Şeyx_sərdar_hacı_həsənli_babayevin_işinə_baxılacaq
"Namaz məhbusu" kimi tanınan Azərbaycan Respublikası Ruhanilər Məclisinin üzvü və "Maidə.az" saytının baş redaktoru Şeyx Sərdar Hacı Həsənli Babayevin vəkili bu məhbus ruhaninin işinə Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılacağından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 23, 2018 15:48 Asia/Baku
  • Şeyx Sərdar Hacı Həsənli Babayevin işinə baxılacaq
    Şeyx Sərdar Hacı Həsənli Babayevin işinə baxılacaq

"Namaz məhbusu" kimi tanınan Azərbaycan Respublikası Ruhanilər Məclisinin üzvü və "Maidə.az" saytının baş redaktoru Şeyx Sərdar Hacı Həsənli Babayevin vəkili bu məhbus ruhaninin işinə Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılacağından xəbər verib.

Cavad Cavadov 17 saylı həbsxanada öz müvəkkili ilə görüşünə toxunaraq, deyib ki, ali məhkəmə yanvarın otuzu, saat on birdə bu işə baxacaq.

O, əlavə edib: Şeyx Sərdar Hacı Həsənli Babayev bu məhkəmə iclasında iştirak etmək niyyətindədir və bu haqda yenidən lazımi ərizələr təqdim olunubdur.

Azərbaycan Respublikasının tanınmış din xadimlərindən olan Şeyx Sərdar Hacı Həsənli Babayev Masallı şəhər icra başçının, yüzlərlə namaz qılanla birgə cümə namazı qılmasına görə, ondan şikayət etməsinin ardınca 2017-ci il fevralın 23-də saxlanılaraq, həmin ilin 3 iyulunda üç il həbsə məhkum olunubdur.