Yapon dənizində itkin düşmüş azərbaycanlıların kimliyi müəyyənləşib
Yan 25, 2018 08:26 Asia/Baku
-
Yapon dənizində itkin düşmüş azərbaycanlıların kimliyi müəyyənləşib
Yapon dənizində itkin düşmüş Rusiyaya məxsus “Vostok” balıqçı gəmisindəki azərbaycanlıların adı məlum olub.
APA-nın "PrimaMedia.ru”-ya istinadən verdiyi xəbərə görə, itkin düşmüş 21 nəfərdən ikisinin Azərbaycan vətəndaşı olduğu ehtimal edilir.
Bu barədə Saxalin vilayətinin rəsmi qurumlarından məlumat verilib.
Onlar Ruslan Əlizadə (1991) və Mübariz Hüseynovdur (1972).
Teqlər