İran Air-in Tehran-Bakı reysi bərpa olunur
Yan 26, 2018 17:09 Asia/Baku
-
İran Air-in Tehran-Bakı reysi bərpa olunur
İran İslam Respublikasının Aviasiya Şirkəti- İran Air Tehran-Bakı reysini bərpa edir.
İran Air şirkəti yanvarın 29-dan Tehran-Bakı uçuşlarını bərpa edəcək.
İran Air üçillik bir fasilədən sonra Tehran-Bakı uçuşlarını həftənin bazar ertəsi gə cümə axşamı günlərində bərqərar edəcək.
Bu məlumata görə, hazırda Mahan aviasiya şirkəti həftədə üç gün Bakıya uçuşlar keçirir. İran-Air-in uçuşlarının bərpası ilə iranlı şirkətlər həftədə beş gün Tehrandan Bakıya uçuşlar keçirəcəklər.