Teleqüllə yaxınlığında sakinlər təxliyə olunub
https://azeri.sahartv.ir/news/azərbaycan-i293693-teleqüllə_yaxınlığında_sakinlər_təxliyə_olunub
Bakının Səbail rayonu İcra Hakimiyyəti Bakı şəhəri Teleqüllə yaxınlığında yer sürüşməsi təhlükəsi ardınca, ötən gün bu bölgə sakinlərinin təxliyə olunmasına göstəriş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 27, 2018 09:10 Asia/Baku
  • Teleqüllə yaxınlığında sakinlər təxliyə olunub
    Teleqüllə yaxınlığında sakinlər təxliyə olunub

Bakının Səbail rayonu İcra Hakimiyyəti Bakı şəhəri Teleqüllə yaxınlığında yer sürüşməsi təhlükəsi ardınca, ötən gün bu bölgə sakinlərinin təxliyə olunmasına göstəriş verib.

İRİB-in Bakıdakı nümayəndəliyinin APA İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Teleqüllə ətrafındakı sakinlər ötən gecə Səbail rayonunun təşkilatları, şirkətləri, 49 və 51 saylı orta məktəblərində yaradılmış müvəqqəti sığınacaqlarda yerləşdirilib və onlara su və yemək verilir.

Hazırda təhlükə zonası polis əməkdaşlarının nəzarətindədir. Əlaqədar qurumların nümayəndələri əraziyə baxış keçirir, məsələnin ciddi olduğunu nəzərə alaraq, vətəndaşların təhlükəsizliyini qorumaq üçün rayonun hüquq-mühafizə orqanında xüsis komitə yaradılıb.

Nəzarət üçün hər hansı dəyişiklik haqda məlumat almaq, Nazirlər Kabinetinə mövcud dəyişikliklər prosesi haqda məlumat vermək üçün ərazi daimi nəzarətdədir və siqnal avadanlıqları quraşdırılmışdır.

Bakının Səbail rayonunun Bayıl qəsəbəsində Teleqüllənin 250 metr cənub-şərqində yer sürüşməsi baş verib.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirib: Eni 1 metrədək, vizual görünən dərinliyi 4-7 metr arasında olan çatlar qeydə alınıb. Prosesin baş verməsinə səbəb atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti məqsədilə yamacın şaquli kəsilməsi olub.

Ekspertlərin bildirdiyinə görə, ərazidə çatların uzunluğu üç ay öncədən başlanıb və bu müddət ərzində bir neçə santimetrdən 8 metrə çatıb.

Yer sürüşməsi Bakı şəhərinin 7 hektar ərazisini əhatə edir və bəzi yaşayı massivlərinə də xəsarət vurmuşdur.