Tehran-Bakı münasibətləri inkişaf edir
-
Tehran-Bakı münasibətləri inkişaf edir
Azərbaycan Respublikasının dəmiryolu nəqliyyatı və əməliyyat işləri üzrə məsul şəxsi deyib ki, Astara-Astara dəmiryolunun istifadəyə verilməsi, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı ticari və iqtisadi həmkarlıqlar və əlaqələrin daha da genişlənməsi üçün şərait yaradır.
Azərbaycan Respublikasının dəmiryolu nəqliyyatı və əməliyyat işləri üzrə məsul şəxsi Rafiq Abbasov dünən Rusiyanın ilk yük qatarının Astara-Astara dəmiryolu vasitəsilə İrana daxil olmasının kənarında müxbirlərə deyib: Bu dəmiryolu regiondakı yüksək mövqeyinə görə, İran və Azərbaycan Respublikasının iqtisadi həmkarlıqlarını genişləndirəcək və hər iki ölkə onun faydalarından bəhrələnəcəkdir.
Həmçinin İranın şimal-qərb dəmiryolu şirkətinin baş müdiri Əli Xodayi bu barədə deyib: Astara-Astara dəmiryolu Azərbaycan Respublikası vasitəsilə Rusiyaya və Finlandiyaya qovuşacaq və xarici şirkətlər bu dəmiryolundan ticari istifadə üçün öz hazırlıqlarını bildiriblər.