İran səfiri: İslam Respublikası təzyiqlərə rəğmən stabillik və iqtidar yolunda hərəkət edir
-
İran səfiri: İslam Respublikası təzyiqlərə rəğmən stabillik və iqtidar yolunda hərəkət edir
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri cümə gecə Bakıda İslam İnqilabınn qələbəsinin 39-cu illiyinə həsr olunmuş şənlikdə bildirib: İran İslam Respublikası qərbin ədalətsiz təzyiq və sanksiyalarına rəğmən regional və beynəlxalq stabillik və iqtidar yolunda hərəkət edir.
İRNA-nın məlumatına görə, Cavad Cahangirzadə İslam İnqilabın müasir tarixin ən ictimai inqilabı adlandıraraq xatırladıb: İran İslam İnqilabının nailiyyətləri təkcə siyasi cəhətlərdə deyil, iqtisadi, ictimai, elmi inkişaflarda heyrətləndirici olmuşdur.
İranın Azərbaycandakı səfiri əlavə edib: İqtisadi indekslərə əsasən, İran İslam Respublikası dünyanın 18-cü güclü iqtisadiyyatıdır.
Cahangirzadə həmçinin İran və Azərbaycanın tarixinə toxunub və deyib: İran və Azərbaycanın münasibətləri dostluq və qardaşlığa əsasən, daha da inkişaf etməkdədir.
İranın Azərbaycandakı səfiri bildirib: İran və Azərbaycanın düşmənləri iki ölkənin dostluq münasibətlərinə heç vaxt zərbə vura bilməzlər.