İran və Azərbaycanın ticarət dövriyyəsi 2017-də artıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i295131-İran_və_azərbaycanın_ticarət_dövriyyəsi_2017_də_artıb
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Bakıda İslam İnqilabının qələbəsinin 39 illiyinə həsr olunmuş tədbirdə deyib: İran və Azərbaycanın ticarət dövriyyəsi 2017-ci ildə 30% artmışdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 10, 2018 06:48 Asia/Baku
  • İran və Azərbaycanın ticarət dövriyyəsi 2017-də artıb
    İran və Azərbaycanın ticarət dövriyyəsi 2017-də artıb

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Bakıda İslam İnqilabının qələbəsinin 39 illiyinə həsr olunmuş tədbirdə deyib: İran və Azərbaycanın ticarət dövriyyəsi 2017-ci ildə 30% artmışdır.

Ötən gün İran İslam Respublikasının Bakıdakı səfirliyinin təşəbbüsü, bu şəhərdə yaşayan iranlılar, müxtəlif ölkələrin səfirlərinin iştirakı ilə İslam İnqilabının qələbəsinin 39 illiyinə hərs olunmuş tədbir keçirilib. Tədbirdə Şahin Mustafaye v deyib: Azərbaycan Respublikası və İran İslam Respublikası dövlət başçılarının güclü iradəsi nəticəsində iki ölkənin çox yüksək səviyyədə münasibətləri vardır. 

İRİB-in Bakıdan verdiyi məlumata görə, Mustafayev əlavə edib: Ötən dörd il ərzində Azərbaycan və İran prezidentləri arasında on görüş və iki ölkə rəsmiləri arasında qarşılıqlı 100-dən çox səfər baş tutmuşdur. Bu da 40-dan çox birgə əməkdaşlıq sənədinin imzalanması ilə nəticələnmişdir. 

Azərbaycan və İran birgə iqtisadi əməkdaşlıqlar komissiyasının azərbaycanlı həmsədri deyib: Azərbaycan və İranın iqtisadi münasibətləri qeyd olunan müddət ərzində inkişaf etmiş və investisiya sektorunda önəmli nailiyyətlər əldə olunmuşdur.