Fev 10, 2018 21:52 Asia/Baku
  • Azərbaycan xarici işlər naziri qonşularla əməkdaşlıqların genişləndirilməsini vurğulayıb
    Azərbaycan xarici işlər naziri qonşularla əməkdaşlıqların genişləndirilməsini vurğulayıb

Azərbaycan Respublikası xarici işlər naziri deyib: Azərbaycan qonşularla, o cümlədən İran, Türkiyə və Rusiya ilə münasibətlərin genişləndirilməsi və strateji əməkdaşlıqlardan faydalanır.

İRİB-in məlumatına görə, Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Le Journal Du Parlement jurnalı ilə müsahibədə deyib: Azərbaycan Respublikası, İran və Rusiyanın önəmli əməkdaşlıq layihələrindən biri şimal-cənub dəmiryol dəhlizidir. Belə ki, üç ölkənin dəmiryollarını birləşdirir.

Şimal-Cənub dəmiryol dəhlizinin vətəndaşların rifahını təmin etmək, ictimai əlaqələri yüksəltmək, bölgədə mədəniyyətlərarası dialoqu gücləndirmək üçün önəmli amil olduğunu bildirən Məmmədyarov əlavə edib: Bu yeni yol Hind okeanından Şimali Avropaya yük daşınması üçün sərfəli və faydalıdır.

Teqlər