Məzahir Pənahov: "İndiyədək 15 nəfər prezidentliyə namizədliyini irəli sürüb"
https://azeri.sahartv.ir/news/azərbaycan-i297183-məzahir_pənahov_İndiyədək_15_nəfər_prezidentliyə_namizədliyini_irəli_sürüb
"Azərbaycanda prezidentliyə namizədliklərin irəli sürülməsi prosesi davam edir". Bunu Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 28, 2018 15:25 Asia/Baku
  • Məzahir Pənahov:

"Azərbaycanda prezidentliyə namizədliklərin irəli sürülməsi prosesi davam edir". Bunu Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Azərbaycanın Mərkəzi Seçki Komisiyasının sədri bildirib ki, indiyədək 15 nəfər namizədliyini irəli sürüb və onlardan 7-sinin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülüb.

Bu məlumata görə indiyə kimi 12 nəfərin namizədliyi MSK tərəfindən təsdiq edilib.

Azərbaycan qanunlarına görə, prezidentliyə namizədlyi irəli sürmək üçün ən azı 60 seçki dairəsindən 40 min imza toplamaq lazımdır.