Bakıda Narkoloji Dispanserində yanğın nəticəsində 25 nəfər həlak olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i297387-bakıda_narkoloji_dispanserində_yanğın_nəticəsində_25_nəfər_həlak_olub
Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Dispanserində baş verən yanğın nəticəsində 25 nəfər həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 02, 2018 10:27 Asia/Baku
  • Bakıda Narkoloji Dispanserində yanğın nəticəsində 25 nəfər həlak olub
    Bakıda Narkoloji Dispanserində yanğın nəticəsində 25 nəfər həlak olub

Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Dispanserində baş verən yanğın nəticəsində 25 nəfər həlak olub.

İRİB-in Bakıdakı nümayəndəliyinin APA İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi bildirib: İlkin məlumatlara görə, bu hadisədə 25 nəfər həlak olub, yaralanan dörd nəfər isə xəstəxanaya köçürülüb.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi də bildirib: Baş verən yanğının güclü olmasına görə, 10-dan çox yanğınsöndürmə maşını və xilasetmə qruplarından istifadə olunub. Saatlarla əməliyyatdan sonra nəhayət yanğın söndürülüb.