Deputat Yevda Abramov hələ də İsraildə müalicə alır
https://azeri.sahartv.ir/news/azərbaycan-i297587-deputat_yevda_abramov_hələ_də_İsraildə_müalicə_alır
Azərbaycan Milli Məclisinin üzvü, milliyətcə yəhudi olan Yevda Abramov səhhətində ciddi problemin yaranmasının ardınca İsraildəki xəstəxanalardan birinə yerləşdirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 04, 2018 09:01 Asia/Baku
  • Deputat Yevda Abramov hələ də İsraildə müalicə alır
    Deputat Yevda Abramov hələ də İsraildə müalicə alır

Azərbaycan Milli Məclisinin üzvü, milliyətcə yəhudi olan Yevda Abramov səhhətində ciddi problemin yaranmasının ardınca İsraildəki xəstəxanalardan birinə yerləşdirilib.

Modern.az-ın verdiyi məlumata görə, deputat ötən il dekabrın 7-də onkoloji xəstəliyi ilə əlaqədar Azərbaycan Milli Onkologiya Mərkəzinə yerləşdirilərək, cərrahi əməliyyat olunub. Daha sonra isə yenidən səhhətində problem yaranıb.

Yevda Abramovun  səhhəti ilə bağlı məlumat verən Quba rayonu Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının sədri Yuri Naftaliev onun son durumundan söz açıb:  “ O, İsrailin Hayfa şəhərində yerləşən böyük xəstəxanaların birində müalicə alır. Hazırda xəstəxanada yatmasa da, hər gün müalicə üçün xəstəxanaya gedib-gəlir”.

Yuri Naftaliyev deputatın İsraildə yaşayan qohumlarının yanında qaldığını deyib: “Onun bir qızı və oğlu İsraildə yaşayır. Yevda Abramov da onların yanında qalır. Onun  qardaşları və bacıları  da İsraildə yaşayır. Abramovun Azərbyacana nə zaman qayıdacağı ilə bağlı da bir şey bilmirəm. Müalicəsi hələ davam etdirilir”.

İsrail rejimi işğal edilmiş Fələstinə mühacirət edən azərbaycanlı yəhudilərdən, öz nüfuz dairəsini genişləndirmək üçün istifadə etməyə çalışır. 

Yevda Abramov Azərbaycan-İsrail Parlamentlərarası Dostluq qrupunun sədri və Azərbaycan Milli Məclisinin İnsan Haqları Komitəsinin sədr müavinidir.