Mart 04, 2018 21:32 Asia/Baku
  • Azərbaycan ordusu Ermənistana məxsus PUA-nı zərərsizləşdirib
    Azərbaycan ordusu Ermənistana məxsus PUA-nı zərərsizləşdirib

Azərbaycan Müdafiə Nazirliyi Ağdam rayonu ərazisində Ermənistana məxsus bir ədəd pilotsuz uçan aparatın vurulmasından xəbər verib.

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə,  bu gün günorta saatlarında cəbhənin Ağdam istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycanın Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən növbəti dəfə zərərsizləşdirilib.

Qeyd edək ki, dünən də Ermənistana məxsus PUA vurulmuşdu.

Teqlər