Azərbaycan Bakı-Tiflis-Qars dəmiryolunun önəmini vurğulayıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i297723-azərbaycan_bakı_tiflis_qars_dəmiryolunun_önəmini_vurğulayıb
Azərbaycan Respublikasının iqtisadiyyat naziri deyib: Bakı-Tiflis-Qars dəmiryolu vasitəsi ilə sərnişinlərin daşınmasına başlanmaqla regiona turist səfərləri artacaq və Avropa və Asiya arasında əlaqə asanlaşacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 06, 2018 06:16 Asia/Baku
  • Azərbaycan Bakı-Tiflis-Qars dəmiryolunun önəmini vurğulayıb
    Azərbaycan Bakı-Tiflis-Qars dəmiryolunun önəmini vurğulayıb

Azərbaycan Respublikasının iqtisadiyyat naziri deyib: Bakı-Tiflis-Qars dəmiryolu vasitəsi ilə sərnişinlərin daşınmasına başlanmaqla regiona turist səfərləri artacaq və Avropa və Asiya arasında əlaqə asanlaşacaq.

İRNA-nın məlumatına görə, Şahin Mustafayev Tiflisdə Azərbaycan və Gürcüstanın iqtisadi rəsmilərinin iştirakı ilə keçirilən Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin koordinasiya şurasının iclasında əlavə edib: Bu dəmiryolu region ölkələri üçün xüsusi əhəmiyyət kəsb edir. 

Mustafayev bildirib: Bakı-Tiflis-Qars dəmiryolu və Azərbaycan və Gürcüstan tərəfindən birgə şəkildə icra olunan digər iqtisadi layihələr Azərbaycan və Gürcüstan xalqlarının rifahının yaxşılaşmasına kömək edir. 

Dmitri Komisişvili Tiflis və Bakının siyasi və mədəni əlaqələrinə toxunaraq Azərbaycan və Gürcüstan rəsmilərinin Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin dərhal təkmilləşdirilməsini vurğulamalarını iki ölkə və regionun iqtisadi çiçəklənməsi istiqamətində bu layihənin əhəmiyyətinin göstəricisi adlandırıb.