Bakıda Narkoloji Mərkəzdə yanğının qəsdən törədildiyi elan olunub
https://azeri.sahartv.ir/news/azərbaycan-i297753-bakıda_narkoloji_mərkəzdə_yanğının_qəsdən_törədildiyi_elan_olunub
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu birgə bəyanat yayaraq bildiriblər: Bakıda Narkoloji Mərkəzdə yanğın qəsdən olunub və bu istiqamətdə bir nəfər saxlanılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 06, 2018 12:54 Asia/Baku
  • Bakıda Narkoloji Mərkəzdə yanğının qəsdən törədildiyi elan olunub
    Bakıda Narkoloji Mərkəzdə yanğının qəsdən törədildiyi elan olunub

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu birgə bəyanat yayaraq bildiriblər: Bakıda Narkoloji Mərkəzdə yanğın qəsdən olunub və bu istiqamətdə bir nəfər saxlanılıb.

İRİB-in Bakıdakı nümayəndəliyinin APA İnformasiya Agentliyinə istinadla verdiyi məlumatda bildirilir: Hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması ilə bağlı görülmüş tədbirlər nəticəsində Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub.

İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən Məhəmməd Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib.

Qeyd edilənlər şahid ifadələri, hadisənin baş vermə mexanizmi və Mərkəzdə olan müşahidə kameralarının görüntüləri ilə təsdiqlənib.

Bakının Xətai rayonunda Narkoloji Mərkəzin 1-ci mərtəbəsində baş verən yanğın 25 nəfərin həlak olması ilə nəticələnib.