Azərbaycana gələn xarici turistlərin sayı artıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i297765-azərbaycana_gələn_xarici_turistlərin_sayı_artıb
Azərbaycan Respublikası hökuməti 2017-ci ildə bu ölkəyə gələn xarici turistlərin sayının təxminən 2 milyon 700 min nəfər olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 06, 2018 14:10 Asia/Baku
  • Azərbaycana gələn xarici turistlərin sayı artıb
    Azərbaycana gələn xarici turistlərin sayı artıb

Azərbaycan Respublikası hökuməti 2017-ci ildə bu ölkəyə gələn xarici turistlərin sayının təxminən 2 milyon 700 min nəfər olduğunu bildirib.

APA-nın Azərbaycan Respublikası Nazirlər Kabinetinə istinadla verdiyi məlumata görə, Azərbaycana gələn xarici turistlər 9% artmaqla 2017-ci ildə bu ölkəyə gələn turistlərin sayı 2 milyon 696 min nəfər olub. 

Məlumata görə, ötən ildə müvafiq olaraq Rusiya, Gürcüstan və İrandan ən çox turist Azərbaycana gəlmişdir. 

Azərbaycan Respublikası hökuməti iqtisadi inkişaf və çiçəklənmə və bir sıra layihələri icra etməklə Azərbaycana səfər edən xarici turistlərin sayının artmasına şərait yaratmağa çalışır.