İran və Azərbaycan arasında tibbi əməkdaşlıqlar genişlənir
https://azeri.sahartv.ir/news/azərbaycan-i297919-İran_və_azərbaycan_arasında_tibbi_əməkdaşlıqlar_genişlənir
İran İslam Respublikasının səhiyyə nazirinin müavini Azərbaycan Respublikasından tibb üzrə tələbələrin qəbulu və bu ölkəyə dərman ixracatı barədə razılaşmadan xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 07, 2018 13:56 Asia/Baku
  • İran və Azərbaycan arasında tibbi əməkdaşlıqlar genişlənir

İran İslam Respublikasının səhiyyə nazirinin müavini Azərbaycan Respublikasından tibb üzrə tələbələrin qəbulu və bu ölkəyə dərman ixracatı barədə razılaşmadan xəbər verib.

İRNA-nın verdiyi məlumata görə, tibbi bir heyətə başçılıq edərək bu gün Bakıya daxil olan İranın səyiyyə, müalicə və tibb təhsili nazirinin müavini İrəc Hərirçi Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Elsevər Ağayev ilə görüşdən sonra deyib: Azərbaycana dərman ixracatı və Azərbaycandan İranın tibb universitetlərində təhsil üçün tələbələrin qəbul edilməsi və Azərbaycan Respublikasında müştərək əczaçılıq zavodlarının yaradılması barədə ətraflı müzakirələr getdi. 

Hərirçi yaxın günlərdə iki ölkənin müştərək səhiyyə və müalicə komitəsinin təşkil olunacağından xəbər verib. 

İİR səhiyyə nazirinin müavini Azərbaycan Respublikasına səfərində bu ölkənin səhiyyə naziri ilə də görüşəcək.