İran səhiyyə nazirinin müavini Azərbaycan Respublikasının iqtisadiyyat naziri ilə görüşüb
-
İran səhiyyə nazirinin müavini Azərbaycan Respublikasının iqtisadiyyat naziri ilə görüşüb
İran səhiyyə nazirinin müavini Azərbaycan Respublikasına səfərinin davamında bu ölkənin iqtisadiyyat naziri və iqtisadi əməkdaşlıqlar üzrə birgə komissiyanın azəri tərəfinin sədri ilə görüşərək, onunla iki ölkənin səhiyyə həmkarlıqlarının son durumunu araşdırıbdır.
Bir nümayəndə heyətilə Bakıya səfər etmiş İranın səhiyyə nazirinin müavini doktor İrəc Hərirçi İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə ilə yanaşı, Azərbaycan Respublikasının iqtisadiyyat naziri və iqtisadi əməkdaşlıqlar üzrə birgə komissiyanın azəri tərəfinin sədri Şahin Mustafayev ilə birgə iclasda onunla birlikdə iki ölkənin səhiyyə sahəsindəki əməkdaşlıqlarını və onların tez bir zamanda icrası məsələsini araşdırıb. Tərəflər bu sahədə yeni əməkdaşlıq sahələri ətrafında fikir mübadiləsi aparıblar. Səhiyyə sahəsində həmkarlıq, özəl və dövlət sektorlarının fəllaşdırılması, xas xəstəliklər sahəsində əməkdaşlıq, müştərək müalicə mərkəzlərinin yaradılması imkanının öyrənilməsi, xas xəstələrin dərmanlarının təmini sahəsində əməkdaşlıq, təhsil və tələbə mübadiləsi, İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin səhiyyə və müalicə xidmətləri və tibb elmləri universitetlərinin Bakı Tibb Universiteti ilə tədqiqat əməkdaşlıqlarının genişləndirilməsi bu iclasda nəzərdən keçirilən başlıca mehvərlərdən olubdur.