Mart 24, 2018 19:00 Asia/Baku
  • Azərbaycanın iqtisadiyyat naziri Astara dəmiryoluna baxış keçirib
    Azərbaycanın iqtisadiyyat naziri Astara dəmiryoluna baxış keçirib

Azərbaycan Respublikasının iqtisadiyyat naziri bu gün İran Astarasının sərhəd məntəqəsində Astara-Astara dəmiryolunun ərazisi, müştərək körpüsü və terminalına baxış keçirib və bu beynəlxalq dəmiryolu layihəsinin texniki işlərinin son durumu ilə yaxından tanış olub.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev baxışı zamanı Astara-Astara dəmiryolu vasitəsi ilə beynəlxalq şimal-cənub nəqliyyat dəhlizinin təkmilləşəcəyi və İran İlə Azərbaycan arasında ticarət dövriyyəsinin gözə çarpacaq dərəcədə artacağını bildirərək deyib: Şimal-cənub nəqliyyat layihəsi şimali Avropadan yüklərin Rusiya, Azərbaycan Respublikası və İran vasitəsi ilə cənub şərq Asiya və əksinə daşınmasını təmin edəcək. 

Şahin Mustafayev İran və Azərbaycan dəmiryolu xəttinin tam icrasının hər iki ölkə üçün böyük mənfəət qazandıracağını bildirərək deyib: Azərbaycan-İran beynəlxalq dəmiryolu layihəsinin təkmilləşdirilməsi ilə bu dəmiryolu xətti vasitəsi ilə dünyanın ən önəmli limanlarının biri-birinə qovuşmasının şahidi olacağıq.

Şimal-cənub dəmiryolu dəhlizi Bəndər Abbas, Qəzvin, Rəşt, Astara, Astara və oradan Rusiya və Avropanın şimal ölkələrini əhatə edir. 

Şimal-cənub dəhlizi layihəsinin yekunlaşması ilə xəzərin şimal ölkələri İran yolu ilə Fars körfəzinə qovuşacaq və İranın da bu ölkələr və Avropa ölkələri ilə əlaqələri mümkün olacaq. Bu beynəlxalq dəhlizin istifadəyə verilməsi, yükdaşınması xərclərinin azalmasını mümkün edəcək. 

Tehran-Bakı müştərək iqtisadi komissiyasının azərbvaycanlı həmsədri İran İslam Respublikasının gələn həftə üçün gözlənilən Azərbaycan Respublikasına səfərinə toxunaraq deyib: Bu səfərdə iki ölkə prezidentləri səviyyəsində razılaşmalar əldə olunacaq və Astara-Astara beynəlxalq dəmiryolu əməliyyatına rəsmən başlanacaq. 

Şahin Mustafayev bu gün günorta quru sərhəd vasitəsi ilə İranın şimalında yerləşən Astaraya daxil olub. 

Teqlər