İranın nüvə proqramı ilə bağlı informasiyaların Bakı tərəfindən ötürülməsi təkzib olunub
https://azeri.sahartv.ir/news/azərbaycan-i305758-İranın_nüvə_proqramı_ilə_bağlı_informasiyaların_bakı_tərəfindən_ötürülməsi_təkzib_olunub
Azərbaycan Respublikası xarici işlər nazirliyinin sözçüsü İranın nüvə proqramı ilə bağlı informasiyaların Azərbaycan Respublikası ərazisindən ötürülməsinə dair xəbər və məlumatları saxta adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 04, 2018 15:09 Asia/Baku
  • Hikmət Hacıyev
    Hikmət Hacıyev

Azərbaycan Respublikası xarici işlər nazirliyinin sözçüsü İranın nüvə proqramı ilə bağlı informasiyaların Azərbaycan Respublikası ərazisindən ötürülməsinə dair xəbər və məlumatları saxta adlandırıb.

Azərbaycan Respublikası xarici işlər nazirliyinin sözçüsü Hikmət Hacıyev Azərtac müxbirinin "İranın nüvə proqramı ilə bağlı informasiyaların Azərbaycan Respublikası vasitəsilə yayılmasına dair bəzi xarici medialarda yayılmış xəbərlər barədə nə deyə bilərsiniz?" sualının cavabında belə deyib: Bu barədə yayılmış məlumatlar Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən ciddi şəkildə araşdırılıb və mən qətiyyətlə deyirəm ki, bu xəbərlər heç bir vəchlə düz olmayıb, saxtadır.