Azərbaycan Respublikası bir daha nüvə razılaşmasını dəstəklədi
-
Azərbaycan Respublikası bir daha nüvə razılaşmasını dəstəklədi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Əhatəli Müştərək Təşəbbüs Proqramı ƏMTP təhlükəsizliyin təminedicisi və regional əməkdaşlıqların genişləndirilməsi amilidir.
İRNA-nın verdiyi məlumata görə, Hikmət Hacıyev dünən deyib: Azərbaycan Respublikası daima Tehran ilə 5+1 qrupu arasında imzalanan nüvə razılaşmasını dəstəkləyib və ƏMTP-nin region və dünya səviyyəsində sülh və dostluğa xidmət etməsindən əmindir.
Azərbaycan Respublikası XİN sözçüsü deyib: Rəsmi Bakı 2016-cı il yanvarda İran ilə 5+1 qrupu arasında yekunlaşmış tarixi nüvə razılaşmasına dəstək mövqeyini davam etdirəcək.
Azərbaycan Respublikası prezidentinin köməkçisi Əli Həsənov da ötən şənbə günü Facebook səhifəsində yazmışdı ki, rəsmi Bakı böyük təzyiqlərə rəğmən dost ölkələr olan Rusiya, İran və Türkiyəyə qarşı heç bir sanksiya və təşəbbüsə qatılmayacaq.
ABŞ dövləti 5+1 qrupunun üzvlərindən biri olaraq ƏMTP-nin icrasında öz öhdəliklərini daima pozur.