Şimal-cənub dəhlizi istiqamətində avtomobil yarışları
Şimal-cənub dəhlizi tranzit yolu istiqamətində avtomobil sürənlər bu gün İran İslam Respublikası, Hindistan və Rusiyanın Azərbaycan Respublikasındakı səfirlərinin, eləcə də Azərbaycan Respublikası rəsmilərindən bir qrupunun iştirakı ilə Bakıdan bu respublikanın Qusar sərhəd şəhərinə yola düşüblər.
Bu idman-mədəni simvolik hərəkətdə 35 avtomobilsürən 19 avtomobillə 18 min kilometr uzunluğunda olan şimal-cənub dəmiryolu dəhlizini ikitərəfli surətdə gedəcəklər.
Öz hərəkətlərinə Hindistanın Bombey şəhərindən başlayan avtomobilsürənlər həmin ölkənin Navaşiva şəhərindən keçdikdən sonra İranın Bəndər-Abbas şəhərinə çatıblar. Onlar aprelin 30-da Fars Körfəzi Milli Günü ilə bir zamanda Bəndər-Abbasdan İranın sərhəd Astara şəhərinə, oradan da Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə çatıblar.
Velosipedsürənlərin Bakıdan Azərbaycan Respublikasının sərhəd Qusar şəhərinə yola salınmaları mərasimində İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə bu hərəkəti region ölkələrinin birliyi nişanəsi və şimal-cənub dəmiryolu dəhlizinin mədəniyyət və xalqların yaxınlaşmasındakı önəminin göstəricisi adlandırıb və belə əlavə edib: Həmçinin bu hərəkətlə ən asan, ən qısa və ən yaxşı tranzit yolu olan şimal-cənub tranzit yolunun əhəmiyyəti hamıya bəyan ediləcək.
O, sonra deyib: Bu hərəkət göstərir ki, region xalqları nə qədər regionda sülh və təhlükəsizliyin ardıncadırlar və nə qədər bir-birilərini sevir və əlaqələrin hərtərəfli inkişafının ardıncadırlar.
Hindistanın Azərbaycan Respublikasındakı səfiri San Jay Rana da bu mərasimdə bu idman-mədəni hərəkətin başlıca məqsədini şimal-cənub dəhlizinin önəmini bəyan etmək və tanıtdırmaq adlandırıb və belə əlavə edib: Bu koridorun təkmilləşdirilməsilə region ölkələri Hindistandan Avropaya əmtəə malların köçürülməsi üzrə təhlükəsiz, azxərcli və rahat bir yola nail olacaqlar.
Avtomobilsürənlər bu mərasimin sonunda Azərbaycan Respublikasının sərhəd Qusar şəhərinə hərəkət etməyə başlayıblar. Onlar sonra Qusar sərhədindən Rusiyaya daxil olaraq, Sankt-Peterburq şəhərinədək avtomobil sürəcəklər.