Azərbaycan R-nın müdafiə naziri Ermənistanı hərbi qarşıdurma ilə hədələyib
https://azeri.sahartv.ir/news/azərbaycan-i307098-azərbaycan_r_nın_müdafiə_naziri_ermənistanı_hərbi_qarşıdurma_ilə_hədələyib
Azərbaycan Respublikasının müdafiə naziri bu ölkə ordusunun Ermənistan qarşısında geniş hərbi əməliyyata tam hazır olmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 12, 2018 14:38 Asia/Baku
  • Azərbaycan R-nın müdafiə naziri Ermənistanı hərbi qarşıdurma ilə hədələyib
    Azərbaycan R-nın müdafiə naziri Ermənistanı hərbi qarşıdurma ilə hədələyib

Azərbaycan Respublikasının müdafiə naziri bu ölkə ordusunun Ermənistan qarşısında geniş hərbi əməliyyata tam hazır olmasından xəbər verib.

Azərbaycan Respublikasının müdafiə naziri general Zakir Həsənov Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Qarabağ münaqişəsi haqdakı son sözlərini məsuliyyətsiz sözlər adlandırıb.

Azərbaycan Respublikasının müdafiə naziri həmçinin Ermənistanın siyasi və hərbi rəhbərlərinə xəbərdarlıq edərək, deyib ki, İrəvanın bu cür hərəkətləri qəbuledilməzdir.

General Həsənov sonra deyibdir ki, Azərbaycan Respublikasının ordusu geniş hərbi əməliyyata tam hazırdır.

Nikol Paşinyan ötən çərşənbə axşamı günü Ermənistan parlamentindəki çıxışında Azərbaycan Respublikası ilə müzakirələri davam etdirməyə və Qarabağ münaqişəsinin həllinə hazır olduğunu bildirərək, qeyd etdi ki, qondarma Qarabağ respublikasının nümayəndələri də bu müzakirərlərdə iştirak etməlidirlər.