May 25, 2018 13:01 Asia/Baku
  • Xəzər ölkələri bir neçə sənədi razılaşdırıblar
    Xəzər ölkələri bir neçə sənədi razılaşdırıblar

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Xəzər dənizinin ətrafında yerləşən 5 ölkə arasında bir neçə sənədin ilkin mətninin razılaşdırılmasından xəbər verib.

İRNA-nın məlumatına görə, Azərbaycan XİN-i cümə günü bildirib: Xəzəryanı ölkələrin işçi qruplarının 51-ci iclasında bir neçə sənədin ilkin sənədi razılaşdırılıb. Bazar ertəsi Qazaxıstanın paytaxtı Astana şəhərində işə başlayan bu iclas cümə axşamı öz işini başa vurub. 

Azərbaycan XİN-i bildirir ki, Xəzəryanı ölkələr bəzi beştərəfli sənədlərin ilkin mətnini razılaşdırıblar. Bu sənədlərə Xəzəryanı ölkələr arasında əməkdaşlıq dövlət sənədi, gözlənilməz hallar ilə mübarizə sənədi, terrorizm ilə mübarizədə əməkdaşlıq sənədi, Xəzər dənizində mütəşəkkil cinayətkarlıq ilə mübarizədə əməkdaşlıq sənədi və sərhəd qüvvələri arasında əməkdaşlıq sənədi daxildir. 

İndiyə kimi Xəzəryanı ölkələrin 4 sammiti keçirilib. 

İran, Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan Xəzər dənizinin ətrafında yerləşən beş ölkədər. Xəzəryanı ölkələrin növbəti sammiti sentyabrda baş tutacaq. 

Teqlər