Azərbaycanda səmti müəyyənetmə beynəlxalq yarışı başlanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i309520-azərbaycanda_səmti_müəyyənetmə_beynəlxalq_yarışı_başlanıb
Səmti müəyyənetmə üzrə beynəlxalq turnir 17 ölkə, o cümlədən İran yığmasının iştirakı ilə Azərbaycan Respublikasında başlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2018 08:04 Asia/Baku
  • Azərbaycanda səmti müəyyənetmə beynəlxalq yarışı başlanıb
    Azərbaycanda səmti müəyyənetmə beynəlxalq yarışı başlanıb

Səmti müəyyənetmə üzrə beynəlxalq turnir 17 ölkə, o cümlədən İran yığmasının iştirakı ilə Azərbaycan Respublikasında başlanıb.

İRİB-in məlumatına görə, bu beynəlxalq turnirdə idmançılar üç gün müddətinə sürətli, orta və uzun növündə rəqabət aparacaqlar. 

İran İslam Respublikasının səmti müəyyənetmə yığma komandasının rəhbəri Qüdrətullah Əzimian deyib: Mərhum Heydər Əliyev Kuboku adı altında keçirilən turnirdə 15 nəfərdən ibarət İranın qadın və kişilərdən ibarət iki yığması iştirak edib. Onlar 21-35 və 35-40 yaşlar arasında rəqabət aparırlar. 

Bu beynəlxalq turnirin ilk mərhələsi ötən cümə günü Bakı şəhəri Milli Park ərazisində sürət növü üzrə keçirilib. 

Beynəlxalq turnirin ikinci mərhələsi bu gün Nabran turizm və meşə obyektində, son mərhələ də elə həmin məntəqədə keçiriləcək.