Bakıda "Qüds; İslam Vəhdəti və İzzətinin Rəmzi" adlı konfrans keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i311620-bakıda_qüds_İslam_vəhdəti_və_İzzətinin_rəmzi_adlı_konfrans_keçirilib
Azərbaycan Respublikasının bir qrup ziyalısının iştirakı ilə Bakıda "Qüds; İslam Vəhdəti və İzzətinin Rəmzi" adlı konfrans keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2018 07:57 Asia/Baku
  • Bakıda
    Bakıda "Qüds; İslam Vəhdəti və İzzətinin Rəmzi" adlı konfrans keçirilib

Azərbaycan Respublikasının bir qrup ziyalısının iştirakı ilə Bakıda "Qüds; İslam Vəhdəti və İzzətinin Rəmzi" adlı konfrans keçirilib.

İRİB-in məlumatına görə, İranın Bakıdakı səfirliyinin mədəniyyət mərkəzində keçirilən konfransda natiqlər Ümumdünya Qüds Gününün əhəmiyyəti, İmam Xomeyninin (rə) islam dünyasına izzət bəxş edən rolu, başda ABŞ və sionist rejim olmaqla zalımların məkrli planları qarşısında müqaviməti və islam dünyasının Qüds-Şərifin azad olunması üçün birləşməsinin vacibliyini bəyan ediblər.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə bu tədbirdə əziz Qüdsün yaddaşlardan silinməsi üçün islam düşmənlərinin səylərinə toxunaraq deyib: Qüdsün müdafiəsi insanlıq və azadlığın müdafiəsidir və müsəlmanların işğal olunmuş bütün ərazilərinin azadlığı üçün müsəlmanların birləşməsi zəruridir.