Z.Həsənov Azərbaycan R. ordusunun Qarabağdakı hazırlığını vurğulayıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i314696-z.həsənov_azərbaycan_r._ordusunun_qarabağdakı_hazırlığını_vurğulayıb
Azərbaycan Respublikasının müdafiə naziri bu ölkə ordusunun münaqişəli Qarabağ məntəqəsində tam hazır vəziyyətdə olmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 23, 2018 16:08 Asia/Baku
  • Z.Həsənov Azərbaycan R. ordusunun Qarabağdakı hazırlığını vurğulayıb
    Z.Həsənov Azərbaycan R. ordusunun Qarabağdakı hazırlığını vurğulayıb

Azərbaycan Respublikasının müdafiə naziri bu ölkə ordusunun münaqişəli Qarabağ məntəqəsində tam hazır vəziyyətdə olmasından xəbər verib.

General Zakir Həsənov Ermənistan qüvvələrinin yerləşdikləri Laçın rayonuna çıxan yolun nəzarətə alınmasından xəbər verərək, deyib ki, Ermənistan asanlıqla Qarabağ məntəqəsinə silah və sursat gətirə bilməyəcək.

Azərbaycan Respublikasının müdafiə naziri həmçinin deyib ki, bu respublikanın hava qüvvələri Xocalı hava limanı daxil olmaqla bütün Qarabağ məntəqəsini nəzarətdə saxlayırlar.

General Həsənov Azərbaycan Respublikası ordusunun qurudan və havadan münaqişəli Qarabağ məntəqəsinə nəzarət etdiyini vurğulayaraq, əlavə edib ki, bu ölkənin prezidenti İlham Əliyevin göstərişi ilə satın alınmış modern silahlar 26 iyun paradında nümayiş etdiriləcəkdir.