İlham Əliyev OPEK-in növbəti iclasının Bakıda keçirilməsini istədi
Azərbaycan prezidenti İlham Əliyev neft ixrac edən ölkələr təşkilatı OPEK-ə üzv və qeyri-üzv ölkələrdən növbəti iclasın Bakıda keçirilməsini istəyib.
Azərbaycanın dövlət xəbər agentliyi AZƏRTAC-ın verdiyi məlumata görə, Azərbaycanın iqtisadiyyat naziri Pərviz Şahbazov dünən şənbə OPEK-ə üzv və qeyri-üzv ölkələrin neft nazirlərinin Vyanada baş tutan 174-cü iclasında Azərbaycan prezidenti İlham Əliyevin OPEK-in növbəti iclasının Bakıda keçirilməsi ilə bağlı çağırışını iclas iştirakçılarının diqqətinə çatdırıb.
Şahbazov bu iclasda etdiyi çıxışında deyib: Azərbaycan Respublikası OPEK-ə üzv olmayan bir ölkə kimi bu təşkilat qarşısındakı öhdəliklərinə sadiqdir.
OPEK-ə üzv ölkələr təşkilatın neft nazirlərinin 174-cü iclasının yekun bəyanatında neft istehsalı həcminin azaldılması üzrə anlaşmaya tam şəkildə əməl edilməsinə təkid olunub.
Həmçinin, OPEK-in növbəti adi iclasının 3 dekabr 2018-ci il tarixində Vyanada keçirilməsi qərara alınıb.