İranlı nazir Tehran-Bakı əməkdaşlıqlarına təkid edib
-
İranlı nazir Tehran-Bakı əməkdaşlıqlarına təkid edib
İran İslam Respublikası islami mədəniyyət və məarifləndirmə naziri bu gün Bakınını beynəlxalq hava limanında müxbirlərə deyib: Hal-hazırda iki ölkə prezidentlərinin iradəsi əsasında iki ölkə rəsmilərinin səyləri nəticəsində İran ilə Azərbaycan Respublikası arasında əlaqələrin inkişafı üçün əlverişli fürsət və zəminlər mövcuddur.
İRİB-in bakı ofisinin verdiyi məlumata görə, Seyid Abbas Salehi bu gün Bakı hava limanında İranın Azərbaycandakı səfiri və digər qrumlarının rəsmiləri tərəfindən qarşılanıb. İranın mədəniyyət naziri müxbirlərə açıqlamasında deyib: İki ölkə əlaqələri uzun keçmişə malik olan mədəni ortaqlıqlara sövkənir və Azərbaycan müstəqillik əldə etdikdən sonra iki ölkə rəhbərləri və xalqlarının tələbi ilə mədəni və ictimai əlaqələrin genişləndirilməsi üçün yeni fürsətlər yaranmışdır.
İyunun 27-30-da Azərbaycan paytaxtı Bakı və bu ölkənin tarixi əhəmiyyətli ikinci şəhəri Gəncədə İran İslam Respublikasının mədəniyyət günləri keçiriləcək.