Pashinian Naxçıvan və Qarabağdakı vəziyyəti şərh edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i315562-pashinian_naxçıvan_və_qarabağdakı_vəziyyəti_şərh_edib
Ermənistanın baş naziri Nikol Pashinian Facebook istifadəçilərindən birinin sualına cavab verərkən bildirib ki, Azərbaycan tərəfi mühüm yüksəkliyi ələ keçirməyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 27, 2018 03:21 Asia/Baku
  • Pashinian Naxçıvan və Qarabağdakı vəziyyəti şərh edib
    Pashinian Naxçıvan və Qarabağdakı vəziyyəti şərh edib

Ermənistanın baş naziri Nikol Pashinian Facebook istifadəçilərindən birinin sualına cavab verərkən bildirib ki, Azərbaycan tərəfi mühüm yüksəkliyi ələ keçirməyib.

İyunun 26-da Pashinian Naxçıvan sərhədində baş vermiş hadisələri şərh edib, bildirib ki, “Azərbaycanın hazırda malik olduğu ərazilər həmişə onun nəzarətində olub və buna görə də Ermənistan tərəfinin hər hansı ərazi itirdiyini iddia etmək absurddur”.

Bununla belə Pashinian etiraf edib ki, mövqelərin müəyyən dəyişməsi baş verib: "Naxçıvan istiqamətində mövqelərin müəyyən dəyişməsi baş verib, lakin bizim hər hansı ərazilərimizin itirilməsi barədə iddialar sadəcə olaraq absurddur”.

Bundan əvvəl Azərbaycanın müdafiə naziri Zakir Həsənov Naxçıvanda hərbi əməliyyatla bir çox yüksəkliklərin ələ keçirildiyini, 11 min hektar ərazinin işğaldan azad edildiyini bildirmişdi.

Ermənistanın baş naziri deyib ki, Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Beləki hərbi toqquşma qaçılmaz nəticələrə gətirib çıxaracaq. Əgər Azərbaycanda kimsə bu nəticələrin onlara toxunmayacağını düşünürsə, fikrimcə, heç bir tərəfi belə sınağa çəkməyə dəyməz”.