İranın mədəniyyət naziri Azərbaycan parlamenti sədrinin birinci müavini ilə görüşüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i315631-İranın_mədəniyyət_naziri_azərbaycan_parlamenti_sədrinin_birinci_müavini_ilə_görüşüb
İranın mədəniyyət və islam irşadı naziri Azərbaycan Respublikası rəsmiləri ilə görüşlərinin davamında bu ölkə Milli Məclisi sədrinin birinci müavini ilə görüşərək danışıqlar aparıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 28, 2018 14:49 Asia/Baku
  • İranın mədəniyyət naziri Azərbaycan parlamenti sədrinin birinci müavini ilə görüşüb

İranın mədəniyyət və islam irşadı naziri Azərbaycan Respublikası rəsmiləri ilə görüşlərinin davamında bu ölkə Milli Məclisi sədrinin birinci müavini ilə görüşərək danışıqlar aparıb.

İran İslam Respublikasının mədəniyyət və islam irşadı naziri Seyid Abbas Salehi çərşənbə axşamı günü Azərbaycanda İran mədəniyyət günlərində iştirak etmək üçün bu ölkəyə səfər edib. O Azərbaycan prezidenti İlham Əliyev, mədəniyyət naziri Əbülfəz Qarayevlə görüşərək danışıqlar aparıb.

Seyid Abbas Salehi cümə axşamı günü Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərovla Bakıda görüşdə deyib: Mədəniyyət günlərinin keçirilməsi iki ölkənin qədim əlaqələrinin inkişaf etdirilməsi və gücləndirilməsində dönüş nöqtəsidir.

İranın mədəniyyət və islam irşadı naziri iki ölkə arasında tarixi və mədəni ortaqlıqlara toxunaraq siyasi, iqtisadi və mədəni münasibətlərin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini də bu görüşdə iki ölkə rəsmiləri və xalqlarının gözəl münasibətlərinə toxuanraq deyib: İkitərəfli mədəni əməkdaşlıqlar bu münasibətlərin möhkəmləndirilməsində önəmli rola malikdir.

Əsgərov əlavə edib: İran İslam Respublikasının mədəniyyət günlərinin Azərbaycan Respublikasında keçirilməsi iki ölkə əməkdaşlıqları və münasibətlərinin inkişaf etdirilməsi yollarını araşdırmaq üçün münasib fürsətdir.

Ötən gündən Azərbaycan Respublikasında başlayan İran Mədəniyyət Günləri 1 iyula qədər Bakı və Gəncə şəhərlərində keçiriləcək.