Tehran və Bakı xəzəryanı ölkələrin jurnalistlərinin iclasının keçrilməsi barədə razılığa gəliblər
-
Tehran və Bakı xəzəryanı ölkələrin jurnalistlərinin iclasının keçrilməsi barədə razılığa gəliblər
İranın islami mədəniyyət və irşad nazirinin mətbuat müavini və Azərbaycan Respublikası mətbuat şurasının sədri xəzəryanı ölkələrin jurnalistlərinin iclasının keçrilməsi barədə razılığa gəliblər.
Bakıda səfərdə olan İranın islami mədəniyyət və irşad nazirinin mətbuat müavini Mohəmməd Soltanifər Azərbaycan Respublikasının mətbuat şurasının sədri Əflatun Amaşov ilə görüşdən sonra deyib: Bu görüşdə qərara alındı ki, İran yaxın gələcəkdə modern jurnalistika sahəsindəki təcrübələrini tədris kurslarının təşkili formasında Azərbaycan Respublikasının jurnalistlərinə ötürsün.
Xəzəryanı ölkələr İran, Azərbaycan Respublikası, Rusiya, Qazaxıstan və Türkmənistana şamil olur.
Soltanifər həmçinin Azərbaycan Respublikasında İran mədəniyyət həftəsinin keçirilməsinə toxunaraq, ikitərəfli mədəni əməkdaşlıqların daha da genişləndirilməsini vurğulayıb.
Azərbaycan Respublikasının mətbuat şurasının sədri Əflatun Amaşov da bu görüşdən sonra xəzəryanı ölkələrin jurnalistlərinin iclasının keçrilməsi vacibliyini vurğulayaraq, deyib: Bu iclasın keçirilməsilə regional anlaşmaları yüksəltmək mümkündür.