Tehran və Bakı mədəni əlaqələrin genişləndirilməsi zərurətini vurğulayıblar
https://azeri.sahartv.ir/news/azərbaycan-i315773-tehran_və_bakı_mədəni_əlaqələrin_genişləndirilməsi_zərurətini_vurğulayıblar
İranın islami mədəniyyət və irşad naziri və Azərbaycan Respublikasının Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı ikitərəfli mədəni əlaqələrin genişləndirilməsi zərurətini vurğulayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 29, 2018 17:00 Asia/Baku
  • Tehran və Bakı mədəni əlaqələrin genişləndirilməsi zərurətini vurğulayıblar
    Tehran və Bakı mədəni əlaqələrin genişləndirilməsi zərurətini vurğulayıblar

İranın islami mədəniyyət və irşad naziri və Azərbaycan Respublikasının Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı ikitərəfli mədəni əlaqələrin genişləndirilməsi zərurətini vurğulayıblar.

Azərbaycan Respublikasında keçirilən İran mədəniyyət həftəsinin davamında tarixi Gəncə şəhərinə daxil olmuş İranın islami mədəniyyət və irşad naziri Seyid Abbas Salehi Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ilə görüşdə deyib: Gəncə şəhərindən elə böyük şəxsiyyətlər çıxıbdır ki, onların ən məşhuru, iranlı şair və dastan ustadı Həkim Nizami Gəncəvidir.

Salehi əlavə edib: İranlı şairlər arasında bir çox şair bütün dünyada tanınıbdır və onlar həyat hikməti və fəlsəfəsini şer dili ilə bəyan edən kəslərdirlər.

Çərşənbə günündən Bakıda başlanmış Azərbaycan Respublikasında İran mədəniyyəti həftəsi bu gün Gəncə şəhərində davam edəcək və İranın milli orkestri bu şəhərdə İran musiqisindən gözəl parçalar ifa edəcəkdir.