Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri: "Rusiya Qarabağı Azərbaycanın ərazisi hesab edir"
https://azeri.sahartv.ir/news/azərbaycan-i315993-beynəlxalq_avrasiya_hərəkatının_rəhbəri_rusiya_qarabağı_azərbaycanın_ərazisi_hesab_edir
"Hazırda Qarabağda olmağımız təsadüfi deyil. Rusiya Federasiyası Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir, bu, dünya birliyinin də mövqeyidir".
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 01, 2018 12:11 Asia/Baku
  • Duqin iki ölkənin ekspertləri, deputatları, mədəniyyət xadimləri arasında görüşlərin əhəmiyyətli olduğunu qeyd edib :
    Duqin iki ölkənin ekspertləri, deputatları, mədəniyyət xadimləri arasında görüşlərin əhəmiyyətli olduğunu qeyd edib : "Bakı və Moskva arasında geopolitik ox" mövzusunda ilk tədbir bir il əvvəl Moskvada "Prezident" otelində keçirilib. İkinci belə tədbiri

"Hazırda Qarabağda olmağımız təsadüfi deyil. Rusiya Federasiyası Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir, bu, dünya birliyinin də mövqeyidir".

APA-nın məlumatına görə, bunu bu gün Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksadr Duqin  Cocuq Mərcanlı kəndində  rusiyalı və azərbaycanlı ekspert və deputatların iştirakı ilə keçirilən "Bakı və  Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" mövzusunda konfransda bildirib.

 

A. Duqin deyib ki, Qarabağdan azərbaycanlılar qovulduqdan sonra "DQR" heç vaxt legitim hesab oluna bilməz: "Əvvəl Azərbaycan, Ermənistan və Rusiya belə qərara gəlmişdi ki, ilkin olaraq 5 rayon qeyd-şərtsiz Azərbaycana qaytarılsın. Bu sülhə yol açardı və bu məsələdə ən yaxşı variantdır. Ermənistanın indiki hökuməti buna real yanaşaraq, razılaşmaya sadiq olmalıdır. Bu, sülhün yeganə roludur".

A.Duqin daha sonra iki ölkənin ekspertləri, deputatları, mədəniyyət xadimləri arasında görüşlərin əhəmiyyətli olduğunu qeyd edib : "Bakı və  Moskva arasında geopolitik ox"  mövzusunda ilk tədbir bir il əvvəl Moskvada "Prezident" otelində keçirilib. İkinci belə tədbirin Azərbaycanda keçirilməsinə qərar verilib. Ekspertlər Klubunun rəhbəri A. Praxanov bu tədbirin Azərbaycanın Qarabağ ərazisində keçirilməsini təklif etdi. Bu, simvolik bir yerdir, biz tədbiri Qarabağda keçiririk. Bu, bir daha Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu təsdiqləyir. Qarabağ hüquqi baxımdan Azərbaycan ərazisidir. Rusiya Qarabağı Azərbaycanın ərazisi hesab edir,  beynəlxalq hüquqa görə Qarabağ Azərbaycan ərazisidir. Mən hüquqi baxımdan Azərbaycana məxsus Qarabağda ilk dəfə səfərdədir. Bu, rusiyalı ziyalıların da Qarabağ probleminə yanaşması ilə bağlı bir işarədir. Bu, Ermənistana qarşı yönəlməyib. Rusiyanın Ermənistanla dostluğu da Azərbaycana qarşı yönəlməyib. Onu da qeyd edim ki, Azərbaycan Rusiyanın Türkiyə və İranla münasibətlərində açar rol oynayır. Rusiya hazırda Türkiyə və İranla strateji əməkdaşlıq edirik. Biz birlikdə Suriyada birgə strateji əməkdaşlıq həyata keçiririk. Bakı bu strateji əməkdaşlıqda hansı yeri tutur? Biz bunu da müzakirə edirik.