Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb 
https://azeri.sahartv.ir/news/azərbaycan-i316090-azərbaycan_ordusunun_genişmiqyaslı_təlimləri_başlayıb
Azərbaycan Respublikasının geniş miqyaslı hərbi təlimlərinə start verilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 02, 2018 14:56 Asia/Baku
  • Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
    Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb

Azərbaycan Respublikasının geniş miqyaslı hərbi təlimlərinə start verilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin verdiyi məlumata görə, 

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının təsdiq etdiyi plana əsasən iyulun 2-də Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri başlayıb.Təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

İyulun 6-dək davam edəcək təlimlərdə döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla qoşunlar müxtəlif növ qoşun əməliyyatlarının keçirilməsi, o cümlədən şərti düşmənə yüksək dəqiqlikli silah sistemlərinin etibarlı raket, artilleriya, bomba-hücum, eləcə də aviasiya və pilotsuz uçuş aparatları (PUA) ilə atəş zərbələrinin endirilməsi, həmçinin genişmiqyaslı hücum əməliyyatının keçirilməsi ilə işğal edilmiş ərazilərin azad edilməsi üzrə tapşırıqları yerinə yetirəcək.