Ərdoğan Azərbaycana səfər edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i317086-Ərdoğan_azərbaycana_səfər_edib
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Azərbaycan Respublikasına səfər edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 10, 2018 10:43 Asia/Baku
  • Ərdoğan Azərbaycana səfər edib
    Ərdoğan Azərbaycana səfər edib

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Azərbaycan Respublikasına səfər edib.

İRİB-in Bakı ofisinin APA-ya istinadlı məlumatına görə, Türkiyə prezidentini Heydər Əliyev hava  limanında baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər qarşılayıb.

Türkiyə prezidenti fəxri xiyaban və şəhidlər xiyabanını ziyarət etdikdən sonra Azərbaycan Respublikası prezidenti İlham Əliyevin iqamətgahında azərbaycanlı həmkarı tərəfindən rəsmən qarşılanıb. 

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla təkbətək görüşü olub.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu, R. T. Ərdoğanın iyunun 24-də keçirilən prezident seçkilərində qələbəsindən sonra ilk xarici səfəridir.