Gəncənin icra başçısına sui-qəsdlə bağlı 12 nəfər saxlanılıb
İyul 10, 2018 10:43 Asia/Baku
Gəncə icra başçısına qarşı terror ilə əlaqədar 12 nəfər saxlanılıb.
İRİB-in Bakı ofisinin APA-ya istinadən verdiyi məlumata görə,Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsdlə əlaqədar 12 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, icra başçısına qarşı terror aktı törətmiş Yunis Səfərovla yanaşı daha 11 nəfər saxlanılıb.
Adları məlumatda verilmiş saxlanılanlar Azərbvaycanın Respublkasının müxtəlif rayonlarındandırlar.
Gəncə icra başçısı Elmar Vəliyev gözətçisi ilə birlikdə 3 iyunda Yunis Səfərov adlı gəncə sakini tərəfindən odlu silahla hücuma məruz qalaraq yaralanıb.