ATƏT nümayəndələri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirirlər
https://azeri.sahartv.ir/news/azərbaycan-i317088-atƏt_nümayəndələri_azərbaycan_və_ermənistan_qoşunlarının_təmas_xəttində_monitorinq_keçirirlər
Ağdam rayonunun Təzəkənd kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 10, 2018 10:44 Asia/Baku
  • ATƏT nümayəndələri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirirlər
    ATƏT nümayəndələri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirirlər

Ağdam rayonunun Təzəkənd kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilir.

İRİB-in Bakı ofisinin APA-ya istinadlı məlumatına görə,  monitorinqi keçirmək üçün cəbhə bölgəsinə gələn ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) rəhbəri polkovnik Vladimir Minarik əvvəlcə  Ağdam rayon İcra Hakimiyyətinə gəliblər.

Onlar rayon icra başçısının birinci müavini Allahverən Əliyevlə  görüşüblər. Bildirilib ki, ermənilər 16 yanvar 2018-ci il tarixindən bu günədək cəbhəyanı yaşayış məntəqələrini 552 dəfə atəşə tutublar.

Görüşdən sonra ATƏT  nümayəndələri Müdafiə Nazirliyinin yüksək çinli zabitlərinin nəzarəti altında cəbhə xəttinə yollanıblar.