Azərbaycan Qarabağda fəaliyyət göstərən xarici ölkə vətəndaşlarına xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i318420-azərbaycan_qarabağda_fəaliyyət_göstərən_xarici_ölkə_vətəndaşlarına_xəbərdarlıq_etdi
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü xarici ölkə vətəndaşlarına işğal altında olan ərazilərdə xüsusilə Dağlıq Qarabağda hansısa fəaliyyət barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 25, 2018 08:30 Asia/Baku
  • Azərbaycan Qarabağda fəaliyyət göstərən xarici ölkə vətəndaşlarına xəbərdarlıq etdi

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü xarici ölkə vətəndaşlarına işğal altında olan ərazilərdə xüsusilə Dağlıq Qarabağda hansısa fəaliyyət barədə xəbərdarlıq edib.

İRNA-nın məlumatına görə, Hikmət Hacıyev çərşənbə axşamı deyib: Qarabağ Azərbaycan ərazisidir və Ermənistan orada hansısa iqtisadi fəaliyyət haqqına malik deyil. 

H.Hacıyev həmçinin deyib: Ermənistan və ya hər hansı üçüncü tərəfin Dağlıq Qarabağda yaşayış massivləri salmaq, insanları məskunlaşdırmaq, təbii sərvətlərdən faydalanmaq, infrastrukturlara dəyişiklik etmək, rabitə şəbəkələrindən istifadə etmək və mədəni irsə dəyişiklik etmək haqqı  yoxdur və buna görə məsuliyyət daşıyırlar. 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü beynəlxalq dairələrdən, xarici ölkə vətəndaşları olan həqiqi və hüquqi şəxslərdən Azərbaycanın işğal altında olan ərazilərində hansısa fəaliyyətə malik olmağın mənfi nəticələri barədə xəbərdarlıq edib.