Zaxarova: Bəzən anti-Azərbaycan kampaniyası aparılır və bununla nəsə etmək lazımdır
https://azeri.sahartv.ir/news/azərbaycan-i318587-zaxarova_bəzən_anti_azərbaycan_kampaniyası_aparılır_və_bununla_nəsə_etmək_lazımdır
“Rusiya ilə Azərbaycan Xarici İşlər Nazirlikləri arasında fəaliyyət planı mövcuddur və bu plana əsasən iki ölkə XİN-ləri arasında intensiv məsləhətləşmələr aparılır”.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 27, 2018 13:47 Asia/Baku
  • Mariya Zaxarova
    Mariya Zaxarova

“Rusiya ilə Azərbaycan Xarici İşlər Nazirlikləri arasında fəaliyyət planı mövcuddur və bu plana əsasən iki ölkə XİN-ləri arasında intensiv məsləhətləşmələr aparılır”.

APA-nın məlumatına görə, Azərbaycan Xarici işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, informasiya sahəsində aparılan məsləhətləşmələr konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib: “Media ilə iş, sosial şəbəkələr, rəqəmsal diplomatiya sahələrində potensial əməkdaşlıq imkanlarını nəzərdən keçirdik”. 

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə qeyd edib ki, Rusiya jurnalistlərinin Azərbaycanda və əksinə, Azərbaycan media nümayəndələrinin Rusiyada fəaliyyətinin asanlaşdırılması üçün fikir mübadiləsi aparılıb və bu məsləhətləşmələri intensivləşdirmək barədə qərar qəbul olunub: “Bəzən anti-Azərbaycan kampaniyası aparılır və bununla nəsə etmək lazımdır. Azərbaycanın və Rusiyanın iştirak etdiyi beynəlxalq təşkilatlarda mənfi və destrukriv tendensiyaya qarşı mübarizə aparmaq üçün alətlər mövcuddur”.