Bakı Dövlət Universitetinin rektoru Təbriz Universitetini yüksək qiymətləndirib
https://azeri.sahartv.ir/news/azərbaycan-i321096-bakı_dövlət_universitetinin_rektoru_təbriz_universitetini_yüksək_qiymətləndirib
Azərbaycan Respublikasının Bakı Dövlət Universitetinin rektoru İranın Təbriz Universitetinin regionda yüksək elmi mövqeyini xatırladaraq deyib: Bu ali təhsil mərkəzi region üçün iftixar mənbəyidir və hamı ona oyunur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 29, 2018 14:47 Asia/Baku
  • Bakı Dövlət Universitetinin rektoru Təbriz Universitetini yüksək qiymətləndirib
    Bakı Dövlət Universitetinin rektoru Təbriz Universitetini yüksək qiymətləndirib

Azərbaycan Respublikasının Bakı Dövlət Universitetinin rektoru İranın Təbriz Universitetinin regionda yüksək elmi mövqeyini xatırladaraq deyib: Bu ali təhsil mərkəzi region üçün iftixar mənbəyidir və hamı ona oyunur.

İRNA-nın verdiyi məlumata görə, Abel Məhərrəmov bu gün Təbriz Universitetinin təsis edilməsinin 70 illiyi münasibəti ilə keçirilən mərasimdə etdiyi çıxışında deyib: Təbriz Universiteti uzun keçmişinə görə dünyanın elmi camiəsində dəyərli mövqe tutur. 

Məhərrəmov deyib: İran tarix boyu dünya səviyyəsində elmin istehsalı və yayılmasında böyük səylər həyata keçirmişdir. 

İranın şimal qərbində şərqi Azərbaycanın mərkəzi olan Təbriz şəhərində yerləşən Təbriz Universiteti 1947-ci ildə təsis olunub. Təbriz Universiteti 22 fakültədən ibarətdir burada 800 elmi heyət və 24 mindən çox tələbə fəaliyyət göstərir. 

Təbriz Universiteti dünyanın tanınmış elm ocaqları o sıradan Fransa, İtaliya, Almaniya, Yaponiya, Türkiyə, Azərbaycan Respublikası, Tailand, Kipr və Tacikistanın universitetləri ilə 50-dən çox əməkdaşlıq memorandumu imzalayıb və Dünya Universitetəri Birliyi, Qafqaz Univesitetləri Birliyi kimi böyük beynəlxalq birliklərdə fəal iştirak edir.