APA rəsmən bağlanıb
-
APA rəsmən bağlanıb
Əliyevin sözlərindən bir feli təhrif etmiş APA xəbər agentliyinin fəaliyyətinin dayandırılmasından bir ay sonra bu agentliyin direktoru onun bağlanmasından xəbər verib.
"Qaynar info"nun məlumatına görə, bağlanmış APA xəbər agentliyinin direktoru Vüsalə Mahirqızı bildirib ki, agentliyin müdiriyyətinin özü onu bağlamaq qərarına gəlibdir.
APA holdinqinə APA xəbər agentliyi, APA TV internet kanalı və bir sıra saytlar, o sıradan APA Sprort, Lent.az, Kulis və sairə daxil idi.
Bundan öncə Vüsalə Mahirqızı Virtualaz və Haqqın saytlarının baş redaktoru Eynullah Fətullayevin APA-nı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Ermənistanı sarsıtmağa dair cümləsini "kəskin təhrif" etməkdə ittiham edən məqaləsinə cavabda bunları yazmışdı: Çox qabaqlardan bəri APA xəbər agentliyinin mülkiyyətinə yiyələnmək üzrə çirkin bir oyun başlanmışdı və İlham Əliyevin çıxışından bir cümlənin felinin təhrif olunması bu oyunu hazırlayanların öz planlarını həyata keçirmələri üçün sırf bir bəhanə və fürsət yaratdı.
APA-nın təhrif olunmuş xəbərini özü də yaymış Virtualaz-ın baş redaktoru Eynullah Fətullayev belə vurğulayıb: İlham Əliyevin cümləsinin təhrif olunması Ermənistanın yeni dövlətinə müharibənin elan olunması hesab edilə və Azərbaycan Respublikası üçün başağrısı ola bilərdi.
Qeyd edək ki, APA avqustun birində İlham Əliyevin çıxışına istinadla belə yazmışdı: Əgər Ermənistan rəhbərləri bundan sonra da Qarabağ sülh müzakirələrinin uzanmasına bais olarlarsa, biz də Ermənistanı təcridetmə siyasətini davam etdirərək, bu ölkəni çökdürəcəyik. Bu xəbərin yayılmasından sonra AzərTac rəsmi xəbər agentliyi İlham Əliyevin cümləsini belə yaydı: Əgər Ermənistan rəhbərləri bundan sonra da Qarabağ sülh müzakirələrinin uzanmasına bais olarlarsa, biz də Ermənistanı təcridetmə siyasətini davam etdirərək, bu ölkəni sarsıdacağıq.
Yarımrəsmi APA agentliyi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin cümləsindəki felin dərcində yol verilmiş səhvə görə, dərhal üzr istəyərək, öz xəbərini islah etdi. Lakin bu üzrxahlığa rəğmən, APA-ya aid olan bütün saytlar avqustun birindən bağlandı.