Bəzi qruplar Aşura günündə Azərbaycan R-da təxribat törətmək istəyirlər
-
Bəzi qruplar Aşura günündə Azərbaycan R-da təxribat törətmək istəyirlər
Qafqaz Müsəlmanları İdarəsinin sədri deyib: Xaricdən dəstək alan bəzi qruplar Aşura günündə Azərbaycan Respublikasında təxribat törətmək istəyirlər.
Allahşükür Paşazadə bu gün məhərrəm ayı ərəfəsində keçirilən Qafqaz Müsəlmanları İdarəsinin ruhanilər şurasının iclasında əlavə edib: Fikir ayrılıqlarına malik bəzi şəxslər məhərrəm ayında problem və pozğunluq yaratmaq istəyirlər. Bu şəxslərin əsas məqsədi, məzhəbdən öz mənfəətləri və nəzərlərinə uyğun istifadə etməkdir.
O, deyib: Əlbəttə, bu addımlar xaricdən istiqamətləndirilən və maliyyə cəhətdən təmin olunan qrupların hərəkətləridir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri əlavə edib: Azərbaycan Respublikası cəmiyyəti şiə və sünni ayrı-seçkiliyi olmadan reallıqları yaxşı başa düşüb və ölkədə dindarlar və dövlət arasında yüksək birlik mövcuddur.
Qafqaz Müsəlmanları İdarəsinin bu iclasında sentyabrın 11-i, məhərrəm ayının biri və sentyabrın 20-i də Aşura günü elan edilib. İclas dindarlar və əzadarları bu ayın mərasimlərində qaydalara riayət etməyi tövsiyə edibdir.