Azərbaycan ordusunun manevri başlandı
Sen 17, 2018 20:07 Asia/Baku
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu ölkə silahlı qüvvələriin dağlıq ərazilərdə hərbi manevrə başlamasından xəbər verib.
Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi öz bəyanatında bildirib: Ordu bölmələri bu gündən etibarən müdafiə naziri Zakir Həsənovun komandannlığı altnıda keçirilən hərbi təlimlərdə iştirak edəcək. Bu hərbi təlimlərdə 20 min hərbçi iştirak edir.
Bu məlumata görə, 22 sentyabra kimi davam edəcək manevrdə yeni silahlar sınaqdan keçiriləəck.
Manevrdə 30 təyyarə və helikopter, 200 tank və zirehli texnika, raket bölmələri və artilleriya bölmələri iştirak edir.