Gəncə hadisələrində iştirak ittihamı ilə 77 nəfər həbs olunub
https://azeri.sahartv.ir/news/azərbaycan-i324031-gəncə_hadisələrində_iştirak_ittihamı_ilə_77_nəfər_həbs_olunub
Azərbaycan Respublikasının baş prokuroru bildirib ki, Gəncə iyul hadisələrilə bağlı cinayət ittihamı ilə 77 nəfər həbs olunub, 11 nəfər də məsuliyyətə cəlb edilibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 28, 2018 14:17 Asia/Baku
  • Gəncə hadisələrində iştirak ittihamı ilə 77 nəfər həbs olunub
    Gəncə hadisələrində iştirak ittihamı ilə 77 nəfər həbs olunub

Azərbaycan Respublikasının baş prokuroru bildirib ki, Gəncə iyul hadisələrilə bağlı cinayət ittihamı ilə 77 nəfər həbs olunub, 11 nəfər də məsuliyyətə cəlb edilibdir.

Zakir Qaralov müxbirlərə deyib: Gəncə icra hakiminə qarşı terror hərəkətinin amilləri və bu terrora dəstək verənlər aşkar edilib və indiyədək bununla bağlı 77 nəfər tutularaq, məhkəmə hökmü əsasında həbs olunubdur. On bir nəfər də təqib olunmaqdadır.

O, əlavə edib: Bununla əlaqədar, iki nəfər təqib olunurdu ki, ölkə xaricində yaxalanaraq, ölkəyə gətirilibdir. Bəzi cinayətkarların məkanları də müəyyən edilib. Onların Azərbaycan Respublikasına gətirilmələri üçün ciddi tədbirlər görülüb. Bu terror hərəkətini təşkil edənlər təhqiqatlar əsasında tamamilə müəyyən edilib. Zənnimcə, ilin sonunadək bu barədə cinayət işi təkmilləşdiriləcəkdir.

Gəncə icra başçısı və onun cangüdəni iyulun 3-də terrora məruz qaldılar. İyulun 10-da da bir qrup şəxs Gəncə icra hakimiyyətinin qarşısına toplaşaraq, iğtişaş törətdi. Nəticədə bu iğtişaşlarda iki polis qüvvəsi öldürüldü.