Təbrizin imam cüməsindən Qarabağ dəstəyi
-
Təbrizin imam cüməsindən Qarabağ dəstəyi
Ali Haşim: “Biz Qarabağ məsələsində daim Azərbaycanla eyni mövqedə olmuşuq”
“Yeni Müsavat”ın İrana ezam olunmuş əməkdaşı xəbər verir ki,Azərbaycan Respublikasının vətəndaş cəmiyyətinə aid olan nümayəndə heyətinin İran İslam Respublikasına səfəri davam edir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən səfərdə əsas məqsəd İran ictimaiyyətinə Qarabağ həqiqətlərinin çatdırılması, iki qonşu ölkə arasında xoş münasibətlərin daha da inkişaf etdirilməsinə yardımçı olmaqdan ibarətdir.
İranda səfərdə olan Azərbaycan nümayəndə heyəti oktyabrın 14-də Təbrizin imam cüməsi Seyid Məhəmməd Ali Haşim ilə görüşüb. İmam cümənin iqamətgahında keçirilən görüşdə QAT sədri Akif Nağı, VİP sədri Əli Əliyev, QAT sədrinin müavini İlqar Əliyev, şərqşünas alim Əkbər Bağırov, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli və Azərbaycan Ziyalılar Birliyinin sədri, tanınmış kinorejissor Eldəniz Quliyevlə yanaşı, Təbriz Universitetinin tanınmış ziyalıları, həmçinin media mənsubları iştirak edib.
Müxbir Nümayəndə heyətinin Təbrizdə bir sıra görüşlər keçirdiyini, həmçinin Təbriz Universitetind Qarabağın işğalına, o cümlədən dünyada mövcud olan terror və separatizmə həsr olunmuş geniş konfransın uğurla baş tutduğunu bildirib.