Okt 17, 2018 09:22 Asia/Baku
  • Badamdarda torpaq sürüşməsi insanları nigaran edib
    Badamdarda torpaq sürüşməsi insanları nigaran edib

Bakının Badamdar qəsəbəsi 20-ci sahə şossesində sürüşmənin aktiv fazaya keçməsi uçqunların baş verməsi ilə müşayət olunur.

“Bizim yol” xəbər verir ki, Oktyabrın 12-dən başlayaraq, mərkəz əməkdaşları ərazidə profillər üzrə bir neçə istiqamətdə tədqiqatlar aparırlar. İlkin nəticələrə görə, sürüşmə prosesi hələlik aktiv fazada qalır və yeni uçqunların baş vermə ehtimalı yüksəkdir.

“Qanunsuz tikililərə görə, tikintinin aparıldığı torpaq sahibi, yerli icra strukturları və tikiniti aparan şəxs məsuliyyət daşıyır”. Bu barədə bizimyol.info-ya daşınmaz əmlak eksperti Nüsrət İbrahimov bildirib.

O, qeyd edib ki, əvvəllər qanunsuz tikililərin aparılması mümkün olub: “Son zamanlar bu prosesin qarşısı alınıb. Qanunsuz tikililəri istənilən zaman icra orqanları və ya torpaq sahibləri dağıda bilərlər. Tikinti aparan şəxslərin xərci batacaq”.

Teqlər